Home DİN COVİD-19 pasportu olmayan 33 nəfər toya buraxılmadı

COVİD-19 pasportu olmayan 33 nəfər toya buraxılmadı

76
0

Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.

Sosialxəbər.az bildirir ki, DİN-dən Axar.az-a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 33 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Previous articleDiaspor nümayəndələri bu gün Şuşada bir sıra yerləri ziyarət edəcəklər
Next articleNeft yenidən ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here