Home Hadisə Bakıda ağaclıq ərazidə yanğın baş verdi

Bakıda ağaclıq ərazidə yanğın baş verdi

1160
0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, FHN-dən Axar.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 300 m² ərazidə ağaclıq yanır.

***

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində baş verən yanğın söndürülüb.

Bu barədə FHN xəbər verir.

İlkin ehtimala əsasən, ağaclıq ərazidə 300 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Previous article“Elit Academy” fəaliyyətində yeniliklər edib
Next articleƏn az və ən çox magistr qəbul olan universitetlərin siyahısı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here