Home İdman Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turuna yekun vurulacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turuna yekun vurulacaq

3851
0

Avqustun 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turuna iki oyunla yekun vurulacaq.

Günün ilk matçında “Zirə” komandası “Qarabağ”ı qəbul edəcək. Saat 18:00-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda start götürəcək oyunu baş hakim Rauf Cabarov idarə edəcək.

Tura “Neftçi”-“Qəbələ” matçı ilə yekun vurulacaq. “Bakcell Arena”da saat 20:00-da başlayacaq qarşılaşma baş hakim Elçin Məsiyevə tapşırılıb.
Qeyd edək ki, turun ilk oyun günündə “Səbail” klubu “Sabah”ı 1:0, “Sumqayıt” isə “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib.

Previous article“Zirə” üç gənc futbolçunu heyətinə qatıb
Next articleMadrid “Real”ı “Alaves” səfərindən qələbə ilə dönür

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here