Home Siyasət Taliban əfqan ordusunun müqavimətini qırır – Politoloq

Taliban əfqan ordusunun müqavimətini qırır – Politoloq

1042
0

Taliban hazırda şəhər və qəsəbələri ələ keçirir, əfqan ordusunun müqavimət gücünü qırır. Taliban güclü ideologiyası və dəmir nizamı hesabına Əfqanıstanda irəliləməkdə davam edir.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, dünyanın supergücü Amerikanın Əfqanıstanda 20 illlik varlığı da Talibanın sonunu gətirmədi:

“Buna baxmayaraq Əfqanıstanın milli və coğrafi rəngarəngliyi Talibana ölkənin tamamını nəzarət altında saxlamağa imkan verməyəcək. Taliban paytaxt Kabili də ələ keçirə bilər. Ancaq müxtəlif xalqlar və dağlardakı silahlı qruplar Talibana qarşı müqavimətlərini davam etdirəcəklər. Çünki Taliban Əfqanıstana rahat və firavan həyat vəd etmir, feodal qaydalar və qətllər gətirir. Bununla barışmaq istəməyən güclər isə kifayət qədərdir. Müxtəlif dövlətlər Talibanla təmas qura bilərlər, ancaq bu qruplaşmanın zəifləməsi üçün kənardan planlar hazırlayanlar da az deyil”, – E. Şahinoğlu bildirib.

Previous articleXızı sakini armaturla döyüldü
Next articleKarantinin sərtləşdirilməsi ilə bağlı müzakirələr gedir – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here