Home Hadisə Səbaildə yanğın söndürüldü

Səbaildə yanğın söndürüldü

1091
0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, FHN-dən Axar.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Məlumat verildiyi kimi, 14 avqust 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində ikimərtəbəli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Previous articleƏrdoğan Qvineya prezidenti ilə görüşdü
Next articleKürdəmirdə ağır qəza: 3 nəfər öldü, 2 nəfər yaralandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here