Home Sağlamlıq “Peyvənd öldürür” deyənlərə həkimdən möhtəşəm cavab

“Peyvənd öldürür” deyənlərə həkimdən möhtəşəm cavab

30
0

Mənim çalışdığım modul tipli xəstəxanada hazırda çox xəstəmiz var və reanimasiya tam doludur.

Sosialxəbər.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.

O bidirib ki, bəzi ölkələrin heç vaksinə əli çatmadığı halda, Azərbaycan pul xərcləyib, bir neçə cür vaksin alıb:

“Reanimasiyada yatan xəstələrimizlə bağlı ilk bir həftənin nəticəsini deyə bilərəm ki, həmin xəstələrin hamısı vaksin olunmamış xəstələrdir. Sual verilir ki, bəs bu vaksinin nə mənası oldu ki, yoluxdumsa?! Mənası odur ki, böyük ehtimalla sən ölməyəcəksən və yaxud da böyük ehtimalla reanimasiyaya düşməyəcəksən. Burada 10 xəstədən birində görülən hallar ola bilər, bu, hər yerdə var. Nə yediyiniz toyuğa güvənə bilərsiniz, nə içdiyiniz suya güvənə bilərsiniz, nə maşında gedərkən təhlükəsizliyinizdən əmin ola bilərsiniz. COVİD-19 əleyhinə olan vaksində olduğu kimi hər yerdə, hər zaman riskimiz var. Amma vaksinasiya olunub, kimsə xəstələnibsə, bir baxın o xəstə öldümü, ağırlaşdımı, xəstəxanaya düşdümü?! Bu gün gəldiyimiz nəticə: Gələn, qəbul olunan bütün xəstələrdən onu soruşuruq, vaksinasiya olunmusunuzmu? Çoxluq, 90% vaksinasiya olunmayıb. Olunanlarda isə xəstəliyi yüngül görürük. Bu özü böyük nailiyyət deyilmi? Bu özü vaksinasiya olunmaq üçün səbəb deyilmi?

Körpələrimiz doğularkən belə doğum evində ilk doza vaksinlərini alırlar. Və bu yolla məsələn, Hepatit B-dən qorunurlar. Xəstəlikdən qorunmağın yolu varkən, bu dirəncə səbəb nədir? Biz illərdir ki, artıq bununla mübarizə aparırıq. Xəstələri görəndə ürəyimiz ağrıyır, amma bu gün vaksinasiyasız ağır xəstə görəndə hamısına eyni sualı vermək istəyirəm: Niyə də, niyə vaksin vurdurmurdun ki? Bu gün sən niyə reanimasiyada yatmalısan?! Bunun çarəsi var da. Dövlət pul xərcləyib, bir neçə cür vaksin alıb gətirib. Şansınız var, bəzi ölkələrin heç vaksinə əli çatmır. Nəyin davasını edirsiniz, başa düşə bilmirəm?

Yediyiniz o broyler toyuqlar var ha, onlara güvənirsiniz? Sizdə nə xəstəliklər yaratdığının ümumiyyətlə fərqindəsinizmi? Və yaxud da “fast food” yeməkləri yeyirsiniz, ondan niyə qorxmursunuz, vaksindən öləcəm, sonsuz olacam qorxusu ilə yaşayırsınız? Harda gördünüz, necə gördünüz, kimdə gördünüz bunu? Bu mövzuya çox həssasam. Hətta saxta vaksin pasportu alan insanlara istərdim ki, xəstəxanaya düşəndə onlara heç bir tibbi yardım göstərilməsin. Ola bilər bu həkimlikdən kənar bir çıxışdır, amma bu adam özünü təhlükəyə atmır, bu adam bütün çevrəsini təhlükəyə atır. Çünki bu adam meşədə tək yaşamır, cəmiyyət içində yaşayır və biz bu cəmiyyətin qanunlarına uymağa məcburuq”.

Previous articleİran yenidən qapanır
Next articleAZAL-ın təyyarəsi dayanacağa qayıtdı – Səbəb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here