Home Cəmiyyət Ombudsman Aparatından Ermənistana çağırış

Ombudsman Aparatından Ermənistana çağırış

273
0

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb.

Sosialxəbər.az açıqlamanın mətnini təqdim edir:

“Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zidd olan təxribatçı əməlləri nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədində artıq bir müddətdir ki, müşahidə olunan gərginlik hələ də davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli əməllərini davam etdirərək avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmuşdur.

Ermənistanı Azərbaycanın mülki əhalisinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütövlüyünü tanımaq və ona hörmət bəsləməklə regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına, tərəflər arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl edərək kommunikasiya xətlərinin açılmasına şərait yaratmağa çağırırıq”.

Previous articleBu psixologiya mərkəzinin rəhbəri koronadan öldü
Next articleTürkiyənin bu bölgəsində də meşə yanğını başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here