Home Hadisə Kürdəmirdə ağır qəza: 3 nəfər öldü, 2 nəfər yaralandı

Kürdəmirdə ağır qəza: 3 nəfər öldü, 2 nəfər yaralandı

1217
0

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi “166” yükdaşıma xidmətinə məxsus “Mersedes” markalı iritutumlu yük maşını Kürdəmir istiqamətində hərəkətdə olan “Mercedes” markalı digər avtomobil arxadan ona çırpılıb.

Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Previous articleSəbaildə yanğın söndürüldü
Next articleBu psixologiya mərkəzinin rəhbəri koronadan öldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here