Haitinin Peti-Tru-de-Nip yaşayış məntəqəsi yaxınlığında 7,2 bal gücündə zəlzələ olub.
Sosialxəbər.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Zəlzələnin yerin 10 kilometr dərinliyində meydana gəldiyi bildirilir.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.