Home Cəmiyyət Bakıda Eldar şamı ağacları niyə kəsilir? – Açıqlama

Bakıda Eldar şamı ağacları niyə kəsilir? – Açıqlama

224
0

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunun arxasındakı ərazidə 32 ağac quru və xəstə olması səbəbilə kəsilib.

Sosialxəbər.az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların kəsilməsinə 2021-ci ilin ilk aylarından başlanılıb:

“Bakı şəhərində son illərdə Eldar şamı ağaclarında kütləvi quruma və saralma müşahidə olunur. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərüffatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Elmlər Akademiyasının Botanika İnstitutu və eyni zamanda Yaşıllaşdırma Təsərüffatı mütəxəssislərindən ibarət komissiya yaradıldı. Həmin ağaclardan nümunələr götürülərək laboratoriyalarda analiz olundu. Məlum oldu ki, bu ağaclarda qabıqaltı qurd və göbələk xəstəlikləri var. Göbələk xəstəlikləri isə külək vasitəsilə yayıldığından bu xəstəliyə yoluxmuş ağacların kəsilməsi vacibdir. ETSN-in bununla bağlı rəyi olduğundan həmin ağaclar tərəfimizdən kəsilir və utilizasiya edilir. Bu, xəstəliyin başqa ağaclara da yayılmaması üçün vacibdir. Xəstəlikdən az zərər çəkən ağaclar isə dezinfeksiya edilir. Dezinfeksiya məqsədilə fungisidlərdən, yəni göbələyə qarşı mis maddəsi tərkibli dərmanlardan istifadə olunur”.

Mühəndis xəstə ağacların mövcud olduğu digər əraziləri də açıqlayıb:

“Növbəti kəsilmə işləri Mərdəkanda, Yesenin küçəsində, Buzovna yolu ətrafında Nərimanov rayonunda Molla cümədə, Binəqədi rayonunda, Bayıl yamacında, Şəhidlər xiyabanı ərazisində, Teleqüllə və Elmlər Akademiyası ətrafında baş tutacaq”.

Previous articleTürkiyənin bu bölgəsində də meşə yanğını başladı
Next articleBu ölkədə 7,2 bal gücündə zəlzələ oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here