Home Sosial Qadın “ölmüş” kimi qeydiyyata alındı, pensiyası kəsildi – Video

Qadın “ölmüş” kimi qeydiyyata alındı, pensiyası kəsildi – Video

91
0

Bərdə rayon sakini Rəfiqə Həsənovanın pensiyası dayandırılıb və o, ölmüş şəxs kimi qeydiyyata alınıb.

Sosialxəbər.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəfiqə Həsənova 1958- ci ildə anadan olub. Rayon sakini səhhətində yaranmış xəstəliyə görə uzun illərdir ki, pensiya alıb.

İki ay əvvəl isə Rəfiqə Həsənovanın aldığı 260 manat pensiya Dövlət Sosial Müdafə Fondu tərəfindən dayandırılıb.

Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsindən Rəfiqə Həsənovaya bildirilib ki, onun pensiyasının dayandırılmasına səbəb ölü kimi qeydiyyata alınmasıdır. Aparılan araşdırmalar zamanı məlum olub ki, ölən şəxs eyni ad soyadda olan Bakı şəhəri Nərimanov rayon sakinidir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiyev bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestri Xidmətinin mərkəzi elektron bazasında vətəndaş Rəfiqə Həsənova vəfat etmiş şəxs kimi daxil edilib. Bu səbəbdən də onun əmək pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb. Ona görə də vətəndaş ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən vətəndaşın adı elektron bazadan ölü şəxs kimi çıxarıldıqdan sonra onun pensiyası təmin ediləcək.

Previous articleNeft ucuzlaşdı
Next article“YAŞAT”ın Himayəçilik Şurasının üzvü ağır yaralı qazilərimizi müayinə etdi – FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here