Home Cəmiyyət Əliyev Ərdoğana başsağlığı verdi

Əliyev Ərdoğana başsağlığı verdi

283
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Sosialxəbər.az məktubun mətnini təqdim edir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Previous articleBakı sakinlərinə xəbərdarlıq: Sabah çölə çıxmayın!
Next articleBalakəndə fındıq oğurlayan xalaoğlular… – Foto

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here