Home Qarabağ Vaxt çatdı, Qarabağda bu nöqtələrə zərbələr endirilməlidir

Vaxt çatdı, Qarabağda bu nöqtələrə zərbələr endirilməlidir

354
0

Azərbaycan Müdafiə Nazirliyinin üçtərəfli bəyanata əməl edilməməsi haqda bəyanatı, Qarabağda yük maşınlarına görə İrana etiraz notası göstərir ki, Ermənistanın qəbul etdiyi razılaşmaları icra etməsi üçün ayırılan vaxt tamam olub.

Sosialxəbər.az bildirir ki, Bu fikirləri Axar.az-a açıqlamasında azərbaycanlı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Rusiya sülhməramlılarının press-relizlərində onların müvəqqəti nəzarəti altında olan ərazidə yerləşən Ermənistan silahlı qüvvələrini necə adlandıracağını düşünəcəyi vaxtı gözləmək niyyətində deyil:

“Güman etmək olar ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda qalan hərbi infrastrukturuna nöqtəbənöqtə zərbələr (dronlarla) endirilməsinin vaxtı gəlib çatıb”, – deyə ekspert qeyd edib.

Previous articleDövlət bu əraziyə düşən 1000-ə yaxın evi alacaq
Next articleKonfrans Liqası: “Qarabağ” AEL-ə qarşı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here