Home Hadisə Qaxda ağır qəza: 5 nəfər yaralandı

Qaxda ağır qəza: 5 nəfər yaralandı

1121
0

Qax rayonunda yol qəzası baş verib.

Sosialxəbər.az -ın Report-a istiandən məlumatına görə, hadisə bu gün axşam saatlarında İlisu-Qax avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı mikroavtobus yol kənarında dayanmış “Mersedes” markalı minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili işıq dirəyinə çırpılıb.

Qəza zamanı hər iki avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanaya daxil olan 4 nəfər Gəncə sakini ambulator müalicə üçün evə buraxılıb. Mikroavtobusun sürücüsü olan Şəki sakini Kamran adlı şəxs isə hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.

Previous articleGüclü külək Qərb bölgəsində fəsadlar törətdi
Next articleYeni ekoturizm marşrutları yaradılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here