Home Digər Güclü külək Qərb bölgəsində fəsadlar törətdi

Güclü külək Qərb bölgəsində fəsadlar törətdi

5827
0

Güclü külək günorta və axşam saatlarında Qərb bölgəsinin bir neçə rayonunda fəsadlar törədib, ağaclar sınıb, elektrik enerjisinin verilməsi dayandırılıb.

Sosialxəbər.az xəbər verir ki, sərt hava şəraiti Daşkəsən rayonu ilə yanaşı, Göygöl rayonunda da fəsadlar törədib, ağaclar sınıb. Bəzi vətəndaşların fərdi təsərrüfatına ziyan dəyib.

Hazırda Daşkəsən və Göygöl rayonlarında güclü ildırım çaxır, yağış yağır.

Daşkəsən, Şəmkir, Göygöl, Samux rayonlarında, həmçinin Gəncə şəhərində küləkli hava şəraiti müşahidə olunur.

Previous articleAzərbaycan Ordusunun leytenantı həlak olub
Next articleQaxda ağır qəza: 5 nəfər yaralandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here