Home QHT Rusiyanın Jirinovski üzü-Əkrəm Bəydəmirli

Rusiyanın Jirinovski üzü-Əkrəm Bəydəmirli

403
0

Rusiyanın bu gün öz sosial-iqtisadi problemlərini həll etmək əvəzinə imperiya iddialarında əl çəkmədiyi ortadadır. Şimal qonşumuzun bu siyasəti həm təəssüf doğurur, həm də kifayət qədər ayıq olmağı tələb edir. Müşahidələr göstərir ki, rəsmi Moskva bir çox hallarda öz imperiya iddialarını Vladimir Jirinovskinin dili ilə bəyan edir. Bir müddət öncə Azərbaycan Prezidenti, daha sonra Türkiyə Prezidenti haqqında Jirinovskinin hədyan çıxışları sıradan olan bir məsələ deyil.

Azərbaycanın Türkiyə ilə imzaladığı “Şuşa Bəyannaməsi”, daha sonra Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanmış “Bakı Bəyannaməsi” Rusiyanı rahatsız etməkdədir. Əslində bu bəyannamələr hər hansı dövlətə qarşı yönəlmədiyi və strateji əməkdaşlığa istiqamətləndiyi tamamilə aşkardır. Aşkar olmayan odur ki, Rusiyanın bəzi dairələri Cənubi Qafqazı itirmək qorxusundan, imperiya düşüncələrindən qurtula bilmirlər.

Öna görə, həmin qüvvələr Jirinovski kartından, lazım olanda erməni təxribatından istifadə etməklə gündəmi mütəmadi olaraq zəbt edəcəklər. Azərbaycanın siyasi düçüncə adamları, diplomatik korpusun nümayəndələri bu məqamları unutmamalı və belə tip təxribatların zamanında neytrallaşdırılmasına hazır olmalıdırlar.

Previous articleQəhrəman şəhidin adına bulaq inşa edilib – FOTO
Next articleAzərbaycan Elm Mərkəzi “Kitab bizdən, oxumaq sizdən” kampaniyasına qoşulub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here