Home Hərbi Ordumuzun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərə başlayıb –...

Ordumuzun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərə başlayıb – VİDEO

1154
0

Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirildiyi məşğələlər davam edir.

Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris Mərkəzlərində mövcud olan müxtəlif məşq qurğularında şəxsi heyətin mərmi və yanacaq sərf etmədən qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.

Məşğələlərdə əsas diqqət zirehli texnikaların ekipajlarına 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübənin mənimsədilməsinə yönəldilib.

Hazırda təlim mərkəzlərində heyətlərin döyüş əməliyyatları zamanı tankları, piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir, zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi icra edilir, müxtəlif manevrlər və atışlar həyata keçirilir.

Previous articleNaxçıvan istiqamətində mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub – RƏSMİ+VİDEO
Next articleAvropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here