Home Hərbi Naxçıvan istiqamətində mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub – RƏSMİ+VİDEO

Naxçıvan istiqamətində mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub – RƏSMİ+VİDEO

585
0

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Previous articleAzərbaycan Elm Mərkəzi “Kitab bizdən, oxumaq sizdən” kampaniyasına qoşulub
Next articleOrdumuzun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərə başlayıb – VİDEO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here