Home İqtisadiyyat Avropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb

Avropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb

998
0

Avropada mavi yanacağın satış qiymətlərindəki artım davam edir.

Sosialxəbər.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu gün köhnə qitənin əmtəə birjalarında sentyabrda tədarük ediləcək təbii qazın min kubmetrinin qiyməti 553 dollaradək yüksəlib.

Bildirilir ki, gündəlik ticarət sessiyasının başlanğıcında qiymət 540 dollar təşkil edib. Lakin sessiyanın sonuna doğru xeyli artaraq rekord həddə çatıb.

Qiymət artımının əsas amillərindən biri kimi Avropada qaz ehtiyatlarının kəskin azalması göstərilir.

Previous articleOrdumuzun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərə başlayıb – VİDEO
Next articleBu il Azərbaycanda səhiyyə xərcləri nə qədər olub?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here