Litva sərhədləri yaxınlığındakı miqrasiya böhranı və “Qərb-2021” təlimləri Rusiya ordusu ilə Baltikyanı ölkələr və Polşadakı NATO qüvvələri arasında toqquşma ehtimalını artırır.
Sosialxəbər.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.
Diplomatın sözlərinə görə, Rusiya-Belarus manevrləri səbəbindən “bəzi hərəkətləri səhv başa düşmək” riski böyükdür.