Home İdman Rafael Ağayev: “Luici Busa bundan sonra tatamidə düşmənimdir”

Rafael Ağayev: “Luici Busa bundan sonra tatamidə düşmənimdir”

95
0

“Bu il 2-3 yarışda iştirak etmişdim. Tokio olimpiadası 1,5 aydan sonra ilk yarışım idi”.

Sosialxəbər.az-ın məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

75 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan 5 qat dünya və 11 qat Avropa çempionu yarışdakı çıxışını dəyərləndirib: “Rəqiblərim çətin olsa da, qrupdan çıxmağı bacardım. Bu yarışı çox yaxşı hiss etdim. İkinci olmağıma baxmayaraq, tam formada idim. Hələ Bakıdan Tokioya yola düşəndə demişdim ki, mən ora gümüş yox, qızıl medal üçün gedirəm. Qismət Allahdandır. Bu günümüzə şükürlər olsun. Bundan da pis ola bilərdi, vətənə medalsız da qayıda bilərdik. Bu, tək mənim yox, bütün Azərbaycanın və müsəlmanların qələbəsidir”.

Karatenin ilk dəfə olimpiya oyunlarının proqramına salınmasına toxunan Ağayev bu idman növünün 2024-cü ildə Parisdə keçiriləcək olimpiadada olub-olmayacağının bilinmədiyini söyləyib: “Karate yarışlarından sonra iclas olub. Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinos bu idman növünün Parisdəki yarışın proqramında yer alması üçün daha böyük addımlar atır. Alınsa, orada da çıxış edəcəyəm”.

Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatının keçiriləcəyini xatırladan titullu idmançı olimpiadanın finalında uduzduğu italiya Luici Busadan revanş almaq barədə düşünmədiyini vurğulayıb: “Təqribən 3 aydan sonra dünya çempionatı keçiriləcək. Özümü yaxşı hiss edirəm. Allah bütün idmançılarımızı, hamımızı qorusun. Düşünürəm ki, orada da iştirak edəcəyəm. Heç bir rəqibimi aşağılamıram və Busadan revanş almaq barədə düşünmürəm. Çünki 11 dəfə mən qalib gəılmişəm, bir dəfə italiyalı idmançı. Sadəcə, Busa indiyədək tatamidə rəqibim idisə, bundan sonra düşmənimdir”.

Qeyd edək ki, Azərbaycan üç karateçi ilə qatıldığı olimpiadada iki gümüş medal qazanıb. Rafael Ağayev və İrina Zaretska yalnız finalda uduzaraq, ikinci olub.

Previous articleSerial eşqi gerçək oldu?
Next articleMəşhur aktrisa vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here