Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib.
Sosialxəbər.az Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib.
Qeyd edək ki, Nedret Güvenç 300-dən artıq filmdə rol alıb.