Home Hadisə İyulda DMX-də 27 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyatdan keçib

İyulda DMX-də 27 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyatdan keçib

49
0

Bu ilin iyul ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 9850 müraciət edilib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, müraciətlər müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 27 113 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 808 qərar qəbul olunub.

Previous articlePrezident əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Next articleAzərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 mini keçib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here