Home Hadisə Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 mini keçib

Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 mini keçib

48
0

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu günə qədər Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları 2 000-dən çox obyektdə monitorinq aparıb.

Aparılmış tədbirlər nəticəsində şənlik mərasimləri təşkil olunan obyektlərin xidmət personalı və qonaqlar arasında peyvənd və yaxud immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb, xidməti personalın vaksinləşmə göstəricisi 80%-dək yüksəlib. Bununla belə, bəzi obyektlərdə qayda pozuntusu hallarına hələ də rast gəlinir. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 249 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 25 minə qədər şəxsin sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1200 nəfərə qədərinin tələblərə əməl etmədiyi müəyyən olunub.

Müşahidələr göstərir ki, əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda daha çox qonaq üçün sifariş qəbul edlməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.

Monitorinq qrupları məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntular aradan qaldırılır və tədbirlərin qaydalara uyğun keçirilməsi təmin edilir, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Həmçinin işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə də xüsusi diqqət yetirilməlidir.

Previous articleİyulda DMX-də 27 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyatdan keçib
Next articleYunanıstan XİN Azərbaycana təşəkkür edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here