Home Uncategorized Dövlət Gömrük Komitəsinin sədri Serbiya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Serbiya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

252
0

İyulun 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçlə görüşüb.

Komitə sədri Azərbaycan və Serbiya arasındakı münasibətlərdən məmnunluqla bəhs edib və gömrük orqanlarının da iki ölkənin iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində mühüm rola malik olduğunu vurğulayıb.

Səfər Mehdiyev son illərdə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə səfiri məlumatlandırıb və Azərbaycan gömrüyünün dünyadakı ən mütərəqqi təcrübələrdən bəhrələnərək beynəlxalq ticarətin və tranzitin inkişafı, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi məqsədilə informasiya texnologiyalarına əsaslanan layihələr həyata keçirdiyini bildirib. Xüsusilə, 2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən bəhs edən Komitə sədri 700-dən çox biznes subyektinin bu sistemdən yararlandığını, 2020-ci ildə həyata keçirilən ümumi idxal-ixrac əməliyyatlarının, təxminən 8 milyard dollarının məhz bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payına düşdüyünü bildirib.

O da vurğulanıb ki, iki ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə atılacaq addımlar qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına da münbit şərait yaradacaq.

Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla söhbət açıb, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və gömrük orqanlarının da bu istiqamətdə işgüzar və səmərəli əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həsənova Nəzakət
Şəhid ailələrinə Maddi və mənəvi dəstək ictimai birliyinin sədri

Previous articleNövbəti “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş keçirilib
Next articleDövlət Gömrük Komitəsi və AMADA arasında görüş keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here