Home Cəmiyyət Növbəti “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş keçirilib

Növbəti “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş keçirilib

244
0

İyulun 6-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərəcək növbəti “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüş keçirilib.

“Könüllü gömrükçü” dəstəsinin 221 üzvünün qatıldığı tədbirdə DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsinin genişmiqyaslı fəaliyyəti haqqında məlumat verib, eyni zamanda gömrük orqanlarının gənclərin potensialının üzə çıxarılması istiqamətində də intensiv iş apardığını diqqətə çatdırıb.

Bildirilib ki, gömrük sistemində könüllülük hərəkatının yaradılmasında məqsəd gənclərin potensialından səmərəli istifadəsi, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi, onlara peşə vərdişlərinin aşılanmasıdır. Vüqar Əliyev bugünədək 1000-ə yaxın gəncin könüllü gömrükçü dəstəsinin üzvü olaraq fəaliyyətini uğurla başa vurduğunu, Komitə tərəfindən sertifikatla təmin olunduğunu, növbəti könüllülərin də ümumi işə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, könüllülər qarşıdan gələn 3 ay müddətində Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarında fəaliyyət göstərəcək, həmçinin müxtəlif konfranslarda, mədəni-kütləvi tədbirlərdə iştirak edəcəklər.

Tədbirin sonunda yeni yaradılan sayca 4-cü “Könüllü gömrükçü” dəstəsinin üzvləri sırasından qrup rəhbərləri seçilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantıdan sonra digər dövlət orqanları kimi Dövlət Gömrük Komitəsi də gənclərin potensialından daha səmərəli istifadə etmək məqsədilə “Könüllü gömrükçü” dəstəsi yaradıb. Məqsəd ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinə, xüsusilə də Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə geniş vüsət alan könüllülük hərəkatına dəstək verməkdir.

Həsənova Nəzakət
Şəhid ailələrinə Maddi və mənəvi dəstək ictimai birliyinin sədri

Next articleDövlət Gömrük Komitəsinin sədri Serbiya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here